Rusiyada oynayan hücumçu "Qarabağ"ın transfer siyahısında

12 İyul 09:00 Qarabağ 2 723
Rusiyada oynayan hücumçu "Qarabağ"ın transfer siyahısında

"Qarabağ" "Akron"un forvardı Gilson Benşimolla maraqlanır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Zona Russa” məlumat yayıb.

Mənbənin iddiasına görə, Ağdam klubu Rusiyada oynayan 24 yaşlı hücumçunun keçidini reallaşdırmaq istəyir.

Kabo-Verde millisinin üzvü "Qarabağ"ın transfer siyahısındadır.

Benşimol ötən mövsüm “Akron”un heyətində bütün turnirlərdə 24 oyuna çıxıb və 10 qol vurub.

Onun “Akron”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Gilson “Eştoril”, “Benfika B” klublarında da oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 17:20 Bizdə “Barselona” var?
13 Oktyabr 16:30 Çək və bizə göndər!
13 Oktyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM
13 Oktyabr 08:30 Bu da o 5 qol - VİDEO
13 Oktyabr 07:40 Əliyev meydana çıxmadı
13 Oktyabr 04:50 Bakıda "Omar" kuboku
13 Oktyabr 04:10 Mənsimov da qol vurdu