“Qarabağ”dan bir neçə dəfə “yox” cavabı alsalar da…

12 İyul 07:40 Qarabağ 974
“Qarabağ”dan bir neçə dəfə “yox” cavabı alsalar da…

“Seltik” Kamilo Duranın transferini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Şotlandiya klubu həm futbolçunun özü, həm də klubu “Qarabağ”la hərtərəfli müqaviləni razılaşdırıb.

Britaniya mətbuatı hətta transfer məbləğini də açıqlayıb.

İlk təklifi 1,7 milyon funt-sterlinq olan “Seltik” bir neçə dəfə “yox” cavabını alıb və sonda “Qarabağ”ın 6 milyon funt-sterlinqlik (7 milyon avro) tələbini qarşılamağa razılıq verib.

Forvard özü yeni komandası ilə 5 illik müqavilə imzalayıb.

Bu da o deməkdir ki, 24 yaşlı kolumbiyalı Azərbaycan klublarının satdığı ən bahalı transfer kimi tarixə düşüb.

“Qarabağ” Kamilo Duranı ötən ilin yayında “Portimonense”dən (Portuqaliya) 200 min avroya alıb.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM