Deyir, gözləyin: “Qarabağ" hələlik tam formada deyil”

02:50 Qarabağ 123
Deyir, gözləyin: “Qarabağ" hələlik tam formada deyil”

"Qarabağ" və İslandiya təmsilçisi "Vestri" arasında səviyyə fərqi aşkar nəzərə çarpırdı.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev açıqlama verib.

59 yaşlı mütəxəssis komandalar arasında ötən gün Bakıda keçirilmiş UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu (3:0) haqqında danışıb:

"Qarşılaşma gözlədiyimiz kimi "Qarabağ"ın mütləq dominantlığı ilə davam etdi. İki komanda arasındakı səviyyə fərqi aşkar görünürdü.

Həm komanda oyunu baxımından, həm də ayrı-ayrı futbolçulara diqqət yetirdikdə, onların bir-birindən xeyli uzaq olduqları aydın idi. Nəzərə almaq lazımdır ki, "Qarabağ" hələlik tam formada deyil. Hazırda mövsümün əvvəlidir".

Ş.Diniyev "köhlən atlar"ın çox vaxt mövsümə ağır başladığını söyləyib:

"İndi heyətdə də böyük dəyişikliklər olub. Buna görə də öz oyunlarını sərgiləmək üçün zamana ehtiyacları var.

İlk mərhələdə belə asan rəqiblə qarşılaşmaq "Qarabağ" üçün əlavə fürsət idi. Futbolçular oyundan-oyuna formaya düşəcəklər. Demək olar ki, artıq cütün taleyi də həll edilib".

Təcrübəli mütəxəssis "Qarabağ"dan başqa, "Zirə" və "Sabah"ın da avrokubok mövsümünə yaxşı start verdiyini sözlərinə əlavə edib:

"Təmsilçilərimizin cavab matçında böyük çətinliklə üzləşəcəyini düşünmürəm. Amma futbolda rəqibi ciddiyə almaq lazımdır. Hər üç klubumuzu təbrik edirəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 16:50 Çək və bizə göndər!