“Qarabağ”ın gücü bilindi - 16...

02:30 Qarabağ 85
“Qarabağ”ın gücü bilindi - 16...

“Qarabağ”ın Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Vestri” ilə ev oyununun statistikası açıqlanıb.

Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu 3:0 hesabı ilə qələbə qazansa da, daha çox qol vurmaq imkanına malik olub.

Belə ki, Qurban Qurbanovun komandası Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə rəqib qapısına 16 dəfə zərbə vurub.

Bunun 5-i “çərçivə”yə düşüb. “Vestri”nin isə cəmi 1 zərbə cəhdi olub, onda da müdafiəçilər blok qoyublar.

“Qarabağ” – “Vestri”

Qollar – 3:0

Zərbələr – 16:1

“Çərçivə”yə zərbələr – 5:0

“Çərçivə”yə düşməyən zərbələr – 9:0

Bloklanan zərbələr – 2:1

Künc zərbələri – 9:0

Oyundankənar vəziyyət – 4:2

Sarı vərəqələr – 0:1

Cərimə zərbələri – 4:6

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 16:50 Çək və bizə göndər!