“Mənə maraq barədə ilk dəfə eşidəndə ağlımda heç bir şübhə olmadı” - Kamilo Duran

01:20 Qarabağ 80
“Mənə maraq barədə ilk dəfə eşidəndə ağlımda heç bir şübhə olmadı” - Kamilo Duran

"Qarabağ"dan "Seltik"ə transfer olan Kamilo Duran Şotlandiya klubunun mətbuat xidmətinə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, kolumbiyalı forvard xoşbəxt olduğunu bildirib:

"Çox xoşbəxtəm. "Seltik" kimi böyük bir kluba - Şotlandiyanın ən böyük klubuna imza atmaq xəyalımın gerçəkləşməsidir. İşimə başlamaq və qol vurmaq üçün səbirsizlənirəm.

Maraq barədə ilk dəfə eşidəndə ağlımda heç bir şübhə olmadı. Komanda yoldaşlarımla oynamağı səbirsizliklə gözləyirəm.

​Çempionlar Liqasında oynamaq xəyalımın gerçəkləşməsi idi. Uşaqkən bunun xəyalını qurursan.

Ona görə də qol vurmaq möhtəşəm idi. Burada, Çempionlar Liqasında qol vurmağa davam etmək istəyirəm.

​Hər oyunda əlimdən gələni edir, böyük səy və fədakarlıq göstərirəm, ümid edirəm ki, qollar da gələcək. ​"Seltik"də oynayan ilk kolumbiyalı olmaq böyük şərəfdir.

Ölkəmin milli komandasında oynamaq uşaqlıq arzum olub. Ümid edirəm ki, burada, "Seltik"də yaxşı çalışmaqla bir gün bu da gerçəkləşəcək. ​

Baş məşqçiyə burada olduğum üçün nə qədər xoşbəxt olduğumu və çıxışlarımla onun etimadını doğruldacağımı bildirdim. Bu formanı geyinmək böyük şərəfdir. Ümid edirəm ki, bu il çempion olacağıq".

Kamilo Duran "Seltik"lə 5 illik müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 16:50 Çək və bizə göndər!