“Qarabağ“ın Türkiyədə 3 klub dəyişmiş müdafiəçini almaq fikri varmı? - SON DƏQİQƏ

21:20 Qarabağ 319
“Qarabağ“ın Türkiyədə 3 klub dəyişmiş müdafiəçini almaq fikri varmı? - SON DƏQİQƏ

“Qarabağ”ın heyətini Bosniya və Herseqovina millisinin müdafiəçisi Nihad Muyakiçlə gücləndirməyə hazırlaşmasına dair iddia yayılıb.

Bu xəbər Serbiya mətbuatına məxsusdur.

Ağdam təmsilçisinin 27 yaşlı futbolçunun transferi ilə bağlı “Partizan”la razılığa gəldiyi bildirilib.

Muyakiç son mövsümü icarə əsasında Türkiyədə keçirib.

O, əvvəlcə “Eyüpspor”, daha sonra “Qaziantep”in formasını geyinsə də, hər iki klub müdafiəçinin transfer hüquqlarını almaqdan imtina edib. Bunun ardından o, yenidən “Partizan”a qayıdıb.

Mərkəz müdafiəçisi 2024-cü ildə “Ankaragücü”dən “Partizan”a transfer olunub. Belqrad təmsilçisinin heyətində ümumilikdə 34 rəsmi oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Muyakiç karyerası ərzində Bosniyanın “Sarayevo”, Belçikanın “Kortrik” və “Beveren”, Xorvatiyanın “Hayduk” (Split), Türkiyənin “Ankaragücü”, “Eyüpspor” və “Qaziantep” klublarında çıxış edib. Bosniya və Herseqovina millisinin də formasını geyinir.

Saytımızın əldə etdiyi məlumata görə, balkanlı legioner “Qarabağ“a təklif olunanlar arasındadır. İrəli sürülən şərtlər münasibdir.

Sadəcə, “köhlən atlar“ bir qədər ehtiyatlı mövqe tutub. Keçidin reallaşmaq ehtimalı hazırda 50 faizdir.

Ola da bilər, olmaya da bilər. Ağdam təmsilçisi hazırda digər namizədləri də gözdən keçirir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti