“Qarabağ”a bonuş də ödəyəcəklər - Bu alqı-satqıdan

11 İyul 23:20 Qarabağ 231
“Qarabağ”a bonuş də ödəyəcəklər - Bu alqı-satqıdan

“Qarabağ”ın yola Kamilo Duransız davam edəcəyi dünən dəqiqləşdi.

Sportinfo.az xəbər verir ki, ağdamlıların heyətində Çempionlar Liqasının əsas mərhələsində xarüqələr yaradan kolumbiyalı bundan sonra “Seltik”in şərəfini qoruyacaq.

Şotlandiya mənbələrinin iddiasına görə, “köhlən atlar” bu satışdan əsas və bonus ödəmələrlə birgə nə az, nə çox - 6 milyon funt sterlinq qazanacaq.

Bunun Azərbaycan futbol tarixinin ən bahalı keçidi olduğundan xəbərdarsız.

Həmin məbləğ “Seltik” üçün də itki sayılmaya bilər. Heç şübhəsiz, işlər yolunda getsə, şotlandlar 5 illik müqavilə imzaladığı futbolçunun satışından daha çox vəsait əldə edəcək.

Duran ötən ilin yayından “köhlən atlar”ın şərəfini qoruyurdu. O, bu müddət ərzində 45 oyunda 15 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 16:50 Çək və bizə göndər!