Kamilo Duran “Qarabağ”dan getmək üçün hansı yola əl atıb? - MARAQLI MƏLUMAT

11 İyul 13:00 Qarabağ 4 873
Kamilo Duran “Qarabağ”dan getmək üçün hansı yola əl atıb? - MARAQLI MƏLUMAT

Məlum olduğu kimi, “Qarabağ”ın hücumçusu Kamilo Duranın “Seltik”ə keçidi dünən rəsmiləşib.

Şotlandiya klubu kolumbiyalı ilə 5 illik müqavilə imzalayıb

Şotlandiya mediasının yazdığın görə, “Seltik” bu transferə görə “Qarabağ”a 5,5 milyon funt (6,4 milyon avro) təzminat ödəyəcək.

2025-ci ilin yayından “Qarabağ”ın formasını geyinən cənubi amerikalı 45 oyunda 15 qol vurub. O, Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-offun iştirakçısı olub və burada üst-üstə 5 dəfə fərqlənib.

Duranın Ağdam təmsilçisi ilə sözləşməsi 2028-cı ilin yayınadək idi.

2025-ci ilin yayında Portuqaliyanın II Liqasından tapılıb bura gətirilən forvardın “Seltik“ə satışıyla bağlı bəzi maraqlı məlumatlar əldə etmişik.

Saytımıza məlum olub ki, Böyük Britaniya klubu 24 yaşlı ön xətt oyunçusunu 4-5 aydır diqqət mərkəzində saxlayırmış. İlk belə təklifi martda göndəriblər. Mayda isə Duranın meneceri prosesə qoşulub.

O, müştərisinin israrla Şotlandiyaya köçmək istəməsi barədə “Qarabağ“ rəsmilərini məlumatlandırıb. Səbəbkarın özü isə Avstriya toplanışı zamanı dəfələrlə Qurban Qurbanova yaxınlaşıb, getmək niyyətində olduğuu bildirib.

Baş məşqçinin “səbrli ol“ tipli məsləhətləri hücumçunu sakitləşdirməyib, məşqlər və yoxlama görüşləri zamanı “burun sallayıb“.

Duranın bu tövrü “köhlən atlar“a xoş gəlməyib, qiymət artımına gediblər. “Seltik“dən şərtləri konkretləşdirməsini tələb ediblər. Və sonrası da məlumdur…

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!