“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev 4 ay sonra komandanın heyətində meydana çıxıb.
Sportinfo.az xəbər verir ki, o, “Vestri”yə qarşı keçirilən matçın 65-ci dəqiqəsində oyuna daxil olub.
E.Cəfərquliyev Bruno Lanqanı əvəz edib.
Elvin Cəfərquliyev apreldə Qurban Qurbanov tərəfindən intizamsızlığa görə cəzalandırılıb əsas komandadan göndərilmişdi.
Qurban Qurbanov yalnız komanda Avstriyaya təlim-məşq toplanışına gedəndə onu bağışlayıb səfərə aparmışdı.

