“Qarabağ”ın satdığı forvard nəyi səbirsizliklə gözləyir?

08:30 Qarabağ 135
“Qarabağ”ın satdığı forvard nəyi səbirsizliklə gözləyir?

"Seltik"in heyətində çıxış edən ilk kolumbiyalı hücumçu olmaq Kamilo Duran üçün şərəfdir.

Sportinfo.az xəbər verir ki, bu barədə "Qarabağ"dan Şotlandiya təmsilçisinə transfer olunan oyunçu klubun rəsmi saytına açıqlamasında deyib.

O, uşaqlıq arzusunun ölkəsinin milli komandasında oynamaq olduğunu söyləyib:

"Ümid edirəm ki, burada uğurlu çıxış edərək bunu bacaracağam".

K.Duran "Seltik"ə keçidi haqqında danışıb:

"Mənimlə maraqlandıqlarını eşidəndə tərəddüd etmədim. Meydana çıxmağı səbirsizliklə gözləyirəm. Özümü meydanda doğrultmağa çalışacağam".

"Seltik" Kamilo Duranla 5 illik müqavilə imzalayıb. Şotlandiya mətbuatı keçidin təxminən 6 milyon funt-sterlinqə başa gəldiyini yazıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:30 Çək və bizə göndər!