Zubirdən gəldi - Azərbaycan klublarının avrokuboklardakı 300-cü qolu

11 İyul 03:30 Qarabağ 361
Zubirdən gəldi - Azərbaycan klublarının avrokuboklardakı 300-cü qolu

“Qarabağ”ın fransız vingeri Abdullah Zubirin UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Vestri” ilə oyununda vurduğu qol yubileylə əlamətdar olub.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, bu top Azərbaycan klublarının turnirdəki 300-cü qolu kimi tarixə düşüb.

Əvvəl UEFA kuboku, sonradan UEFA Avropa Liqası adlanan turnirdə keçirilən əvvəlki 283 qarşılaşmada təmsilçilərimiz 298 qol vurmuşdu.

“Qarabağ”ın İslandiya klubu üzərindəki 3:0 hesablı qələbəsi ilə bu rəqəm 301-ə yüksəlib.

Azərbaycan komandalarının həm avrokuboklarda, həm də bu turnirdə ilk qolu 1995/96 mövsümündə qeydə alınıb. UEFA kubokunun 1995-ci il avqustun 22-də keçirilən “Austriya” (Vyana, Avstriya) – “Kəpəz” görüşündə (5:1) Yadigar Süleymanov fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!