“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev əsas komandaya qayıtmasından danışıb.
Sportinfo.az xəbər verir ki, 26 yaşlı müdafiəçi bu haqda İnstaqram hesabında paylaşım edib.
Ötən gün Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Vestri" ilə ilk oyununda meydana çıxan Elvin azarkeşlərin ona dəstək olduğu anların videosunu paylaşıb.
O, azarkeşlərə təşəkkür edib:
“Mənə göstərdiyiniz dəyər və dəstəyə görə sizə ürəkdən minnətdaram. Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Sizi çox sevirəm”.
25 yaşlı müdafiəçi bir müddət əvvəl baş məşqçi Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilmişdi.
Onun yay fasiləsində başqa kluba keçəcəyinə dair xəbərlər yayılmışdı. Lakin müdafiəçi yenidən Ağdam təmsilçisinin əsas heyətinə qayıdıb.

