Böyük transfer baş tutdu - “Qarabağ”ın hücumçusu ilə 5 illik müqavilə bağladılar!

10 İyul 12:40 Qarabağ 875
Böyük transfer baş tutdu - “Qarabağ”ın hücumçusu ilə 5 illik müqavilə bağladılar!

“Qarabağ”ın hücumçusu Kamilo Duranın “Seltik”ə keçidi rəsmiləşib.

Sportinfo.az xəbər verir ki, bu haqda Ağdam klubu məlumat yayıb.

Qeyd edilib ki, transferlə bağlı Şotlandiya təmsilçisinin təklifi və kolumbiyalı forvardın istəyi nəzərə alınaraq müsbət cavablandırıb.

Klublar arasında aparılan danışıqların uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub.

“Seltik”in yaydığı açıqlamada isə bildirilib ki, Kamilo Duran ilə 5 illik müqavilə imzalanıb

Şotlandiya mediasının yazdığın görə, bu transferə görə “Seltik” “Qarabağ”a 5,5 milyon funt (6,4 milyon avro) təzminat ödəyəcək.

2025-ci ilin yayından “Qarabağ”ın formasını geyinən cənubi amerikalı 45 oyunda 15 qol vurub. O, Çempionlar Liqasının Liqa mərhələsində 5 dəfə fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!