3:0-dan sonra “Qarabağ” gündəmi dəyişdi - Hamı yeni gələnlərdən danışır...

17:00 Qarabağ 267
3:0-dan sonra “Qarabağ” gündəmi dəyişdi - Hamı yeni gələnlərdən danışır...

"Qarabağ" Avropa Liqasında çıxışına uğurlu start verdi.

Ağdam klubu birinci təsnifat mərhələsinin ilk matçında "Vestri"ni doğma meydanda darmadağın etdi - 3:0.

Hər kəsi əsas düşündürən yeni transferlərin ilk sınaqdan necə çıxacağı idi.

Qurban Qurbanov ilk dəfə bu qədər köklü dəyişikliklərə getmişdi.

Start heyətində 3, ehtiyatda isə 4 yeni əcnəbi transfer vardı.

Kimlər nə ilə yadda qaldı?

Matçda sonra futbol mütəxəssisləri kimi azarkeşlər də ən çox bu suala cavab axtarıblar.

Klubun sosial şəbəkə hesablarına gələn rəylərdən ilk təəssüratın müsbət olduğu görünür.

Narazı və narahat qalanlar da var, amma əksəriyyət yenilər barədə çox ümidli danışıblar:

"Savo, Sefas, Lobato, Lanqa yaxşı transferlerdi. İdeal formalarını yığanda "Qarabağ" 2 qat güclənəcək".

"Savo Juninyonu xatırladır".

"Ümid edirəm ki, yeni transferlər komandaya tez uğyunlaşar, yoxsa "Qarabağ"ın işi çətindir".

"Çox irad tutmaq olmaz. 2-3 oyundan sonra tam effekti görəcəyik".

"Hər şey əladır. Bu komanda ötənilki heyətdən güclüdür. Sadəcə bir az zamana ehtiyac var".

"Varkonyi möhtəşəm transferdir. Bu yaşda belə soyuqqanlı olmaq, düzgün mövqe seçmək çox süperdir. Əsl kasıbın Van Daykıdır".

"Savo bütün hücumçuları unutduracaq".

"Yeni transferler hamısı potensiallıdır.

Savo, Sepas ve Bruno Lanqa ise daha aktiv idiler. Xüsusilə Sepas çox xoşuma gəldi".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti