Qurban Qurbanovla Elvin Cəfərquliyevi bir araya gətirən nə oldu?

21:00 Qarabağ 379
Qurban Qurbanovla Elvin Cəfərquliyevi bir araya gətirən nə oldu?

Nəhayət, müəyyən fasilədən sonra Elvin Cəfərquliyev rəsmi oyunda meydana çıxdı.

Həm Avstriyadakı yoxlama görüşlərində, həm də Avropa Liqasında "Vestri" ilə matçda 26 yaşlı müdafiəçi xoş təsir bağışladı.

Düzdü, ideal formasından uzaqdır, amma bu şərtlər altında belə Cəfərquliyev yay fasiləsində onun mövqeyinə alınan Bruno Lanqadan güclü görünür.

Təbii ki, vəziyyət hamımızı sevindirir.

Axı Elvin həm də mill komandanın üzvüdür.

Lakin Cəfərquliyevlə Qurban Qurbanov arasındakı buzların tam əridiyini demək olmaz.

Oyunun gedişində təcrübəli mütəxəssisin ehtiyatdan oyuna qoşulan müdafiəçiyə göstərişlər verdiyi zaman bu hiss etməmək mümkün deyildi.

İkili sanki bir-birindən küsül təsiri bağışladı.

Elə mətbuat konfransında Qurbanov tərəfindən verilən açıqlamalardan da görünən odur ki, tərəflər arasında sular tam durulmayıb.

Tam barışıq əldə olunmayıb.

Aradakı incikliyin davam etdiyi aşkar sezilir.

Bəs belədə onları bir araya gətirən nədir?

Peşəkarlıq!

Qurbanovun indiki halda Elvinə ehtiyacı var, həmçinin də Elvinin formada qalması üçün əsas komandada oynaması mütləqdir.

Ortada isə rəsmi müqavilə.

Aşırı israr həm kluba, həm də futbolçuya ciddi zərər vura bilərdi.

Bəlkə də ötən mövsüm liqa matçlarında, ölkə kubokunun yarımfinal mərhələsində vurdu.

Necə deyərlər, ziyanın yarısından qayıtmaq da qazancdır.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti