“Qarabağ” dünya çempionatına yollanan qapıçıya icazə verdi ki...

01:00 Qarabağ 143
“Qarabağ” dünya çempionatına yollanan qapıçıya icazə verdi ki...

"Qarabağ"ın yeni transferlərindən olan qapıçı Martin Zlomisliç hələ komandanın düşərgəsinə qoşulmayıb.

Sportinfo.az xəbər verir ki, qol.az-ın əldə etdiyi məlumata görə, Xorvatiya "Riyeka"sından transfer edilmiş kiper müvəqqəti olaraq icazəlidir.

Buna 27 yaşlı oyunçunun Bosniya və Herseqovina ilə dünya çempionatında iştirak etməsi səbəb olub. Yığma komanda 1/16 finalda ABŞ-a uduzaraq (0:2) mübarizəni başa vurub.

Baş məşqçi Qurban Qurbanov Martin Zlomisliçə iyulun 10-na qədər istirahət verib. O, sabah Bakıya qayıdacaq.

Bu səbəbdən də Zlomisliç "Vestri" ilə Avropa Liqasının 1-ci təsnifat mərhələsinin oyunlarına sifariş edilməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti