O da Azərbaycanın tanınmış klubuna “gedirəm” mesajı verdi!

20:20 Qarabağ 238
O da Azərbaycanın tanınmış klubuna “gedirəm” mesajı verdi!

“Qarabağ” daha bir futbolçusu ilə vidalaşmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, sağ cinah müdafiəçisi Mateus Silva Ağdam klubunu tərk etməyi planlaşdırır.

Bunu 28 yaşlı futbolçu özü ölkəsi Braziliya mətbuatına açıqlamasında deyib. O, karyerasını məhz vətənində davam etdirmək fikrində olduğunu gizlətməyib.

Silva karyerasını inkişaf etdirmək baxımından Braziliyaya qayıtmağın vacib addım olacağını düşünür: “Azərbaycanda yaşadıqlarıma görə minnətdaram.

Amma düşünürəm ki, daha irəli getməliyəm və Braziliyaya qayıtmaq mənə çox cəlbedici görünür. Bu ilin əvvəlində Braziliya klublarından təkliflər aldım, lakin klub mövsümün davamı üçün komandada qalmağımı vacib saydı.

İndi vəziyyət fərqlidir və özümü ölkəmdə yeni çağırışa daha hazır hiss edirəm”.

“Paraense”nin yetirməsi olan Mateus Silva 2023-cü ildən “Qarabağ”ın formasını geyinir. Müdafiəçinin ağdamlılarla müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti