Liqada yerini son anda qoruyan komandada yeni baş məşqçi

17:00 II Divizion 270
Liqada yerini son anda qoruyan komandada yeni baş məşqçi

II Liqanın iştirakçılarından «Ağstafa Gəncləri»nə yeni baş məşqçi təyin olunub.

Əli Bağırov komandanın sükanı arxasına gətirilib.

Onunla birillik müqavilə imzalanıb. Gənc mütəxəssisin qarşısına kollektivi çempionatda saxlamaq məqsədi qoyulub.

Qərb təmsilçisi ötən mövsümü Aqil Kərimli ilə başa vurub. Liqanın debütantı son anda buradakı yerini qoruyub.

Sezonun əsas hissəsini 11-ci pillədə bitirən «Ağstafa Gəncləri» Region Liqasında üçüncü yeri tutan «Biləsuvar»la pley-off matçı keçirib.

Yevlaxda təşkil olunan oyunda 3:0 hesabıyla qalib gələn ağstafalılar məqsədinə çatıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti