Bu gün yeni mövsüm üçün II Liqaya vəsiqə qazanmaq uğrunda pley-off görüşü keçiriləcək.
Sportinfo.az xəbər verir ki, həlledici oyunda "Biləsuvar" "Ağstafa Gəncləri" ilə üz-üzə gələcək.
Yevlax şəhər stadionunda keçiriləcək qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək.
Ötən mövsüm "Ağstafa Gəncləri" II Liqanı 11-ci pillədə başa vurub. "Biləsuvar" isə Region Liqasında üçüncü olub.
16:00. "Biləsuvar" – "Ağstafa Gəncləri"
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Ruslan Quliyev
VAR: Rauf Cabarov
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Yevlax şəhər stadionu, 16:00 ("CBC Sport"/canlı)

