Ağstafa komandası liqadakı yerini 3 qolla qorudu - VİDEO

01:20 II Divizion 69
Ağstafa komandası liqadakı yerini 3 qolla qorudu - VİDEO

Yeni mövsüm üçün II Liqaya vəsiqə qazanmaq uğrunda pley-off görüşü keçirilib.

Sportinfo.az xəbər verir ki, həlledici oyunda "Biləsuvar" "Ağstafa Gəncləri" ilə üz-üzə gəlib.

Yevlax şəhər stadionunda keçirilən qarşılaşmanı Rəşad Əhmədov idarə edib.

Matç "Ağstafa Gəncləri"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, sözügedən komanda növbəti mövsüm üçün 2-ci liqadakı yerini qoruyub.

Ötən mövsüm "Ağstafa Gəncləri" II Liqanı 11-ci pillədə başa vurub. "Biləsuvar" isə Region Liqasında üçüncü olub.

"Biləsuvar" – "Ağstafa Gəncləri" 0:3

Yevlax şəhər stadionu. 150 tamaşaçı
Baş hakim: Rəşad Əhmədov
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Tərlan Talıbzadə
Dördüncü hakim: Ruslan Quliyev
VAR: Rauf Cabarov
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: Qoşqar Babayev, 17 (qeyri-idman hərəkəti); Sahib Cümşüdov, 69 (qeyriidman hərəkəti); Zaur Nuruzadə, 84 (qeyri-idman hərəkəti) // Ramin Süleymanov, 44 (qeyri-idman hərəkəti); İlkin Allahverdiyev, 66 (qeyri-idman hərəkəti)
Qollar: Əli Bağırov, 9; Adil Tağıyev, 45+1; Eltac Hüseynov, 47
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.

“Biləsuvar”
93. Sabir Abbasov
47. Qoşqar Babayev
(15. Ruslan Tağızadə, 57)
66. Cavanşir Cavanşirov
77. Sahib Cümşüdov
12. Emil Həsənzadə
(21. Məmməd Məmmədov, 59)
74. Kənan İbişov (k)
50. Kamran Kərimov
(7. Asim Urufov, 57)
9. Zaur Nuruzadə
10. Süleyman Piriyev
14. Surac Şahbazov
(88. İbrahim Nağıyev, 46)
42. Valid Yusubzadə
Ehtiyat oyunçular:
1. Əli Fətullayev
20. Əskər Əskərov
Məşqçi: Adil Bədəlov

“Ağstafa Gəncləri”
1. Elgün Əmiraslanov
20. Əli Bağırov (k)
8. Elgün Namazov
(6. Turan Məmmədov, 72)
22. Adil Tağıyev
(12. Tural Məmmədov, 72)
2. İlkin Allahverdiyev
5. Kamran Hüseynov
24. Eşqin Kərimli
17. Elgün Salıfov
(4. Sənan Yusibov, 85)
13. Ramin Süleymanov
(9. Eltac Hüseynov, 46)
15. Nicat Oruclu
7. Hüseyn Alıyev
(18. Elvin Qəmbərov, 85)
Ehtiyat oyunçular:
16. Uğur Məmmədhüseynov
19. Ayxan Alıyev
Məşqçi: Aqil Kərimli

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti