Region Liqasının finalçısı olan «Marafon» növbəti mövsümdən etibarən II Liqada çıxış edəcək.
Saytımız bu haqda Reşəkar Futbol Liqasından məlumat alıb.
Təşkilatçı qurumdan redaksiyamıza verilən informasiyaya görə, Sabirabad klubu Region Liqasının həlledici matçında «Zəngəzur»a 1:2 hesabıyla uduzsa da, tarixində ilk dəfə birbaşa üst liqaya buraxılıb.
Bu II Liqada aparılan islahatlarla bağlıdır. Belə ki, son mövsümdə çempionatın iştirakçısı olan bəzi komandalar AFFA-nın lisenziyalaşdırma tələblərini yerinə yetirə bilməyib.
Onlara bir neçə dəfə xəbərdarlıq edilsə də, heç bir addım atmayıblar. Belədə məcburiyyət qarşısında qalan federasiya həmiq klubların yarışdan kənarlaşdırması barədə qərar çıxarıb.
Yaxın günlərdə rəsmi açıqlanmanın verilməsi nəzərdə tutulub.
Region Liqasının builki qalibi «Zəngəzur» olub. «Marafon» ikinci yeri tutubsa, üçüncü pilləyə sahiblənmiş «Biləsuvar» II Liqaya vəsiqə uğrunda pley-off matçında «Ağstafa Gəncləri»nə 0:3 hesabıyla uduzub və son şansını qaçırıb.
SPORTİFNO.AZ

