“Bu pulla liqadakı yeri qorumağın özü böyük işdir” - Klubun başqanı

17:40 II Divizion 218
“Bu pulla liqadakı yeri qorumağın özü böyük işdir” - Klubun başqanı

“Faktiki olaraq dövlət tərəfindən ayrılan vəsait hesabına fəaliyyət göstəririk”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şimal”ın həmtəsisçisi və prezidenti Qılman İbrahimov deyib.

I Liqa uğrunda pley-off matçında “Şimal” “Qaradağ-Lökbatan”ı üstələməyi bacardı.

İkinci hissənin gedişində lökbatanlılar hesabı açmağa müvəffəq olmuşdusa, oyunun başa çatmasına dəqiqələr qalmış Xaçmaz təmsilçisi 2 qol vurub I Liqadakı yerini qorudu.

“Şimal”ın başçısı bildirib ki, I Liqada ən az büdcə onlardadır:

“Həmin məbləğlə liqadakı yeri qorumağın özü belə, böyük işdir. Ayrı-ayrı oyunlara görə hansısa formada mükafat verilir, lakin “Qaradağ-Lökbatan”la matça görə konkret məbləğ ayrılmayıb.

Bu, potensial sponsorun gəlişindən və ayıracağı maliyyədən asılı olacaq.

Məşqçi və futbolçu heyəti mükafata görə yox, “Şimal”ı I Liqada saxlamaq üçüm əlindən gələni etdi”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti