Komandanı çempion edən baş məşqçi haqda yekun qərar verildi

20:00 II Divizion 308
Komandanı çempion edən baş məşqçi haqda yekun qərar verildi

Ötən mövsümün yekunlarına görə “Xankəndi” II Liqanın qalibi adını qazanıb I Liqaya yüksəldi.

Liqalar arasında səviyyə fərqi olduğundan, heyətin güclənəcəyi dəqiqdir.

Klub rəhbərliyinin ilk qərarı baş məşqçi ilə bağlı olub.

Başbilənlər Zaur Hacıyevlə yola davam etməyi qərara alıb.

Qarabağ təmsilçisini liqanın çempionu edən baş məşqçi ilə başa çatan müqavilənin müddəti uzadılıb.

Hacıyev növbəti 1 ildə “Xankəndi”nin nəticələrinə cavabdehlik daşıyacaq.

II Liqanın yekunlarına əsasən 27 oyunda 76 xal toplayan “Xankəndi” çempionluğu bayram edib.

71 xalla 2-ci olan “Qaradağ-Lökbatan” I Liqa uğrunda pley-off görüşündə I Liqa təmsilçisi “Şimal”a 1:2 hesabı ilə uduzaraq I Liqaya yüksəlmək şansını əldən verib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti