“Qarabağ”da “yarpaq tökümü” davam edir.
Ötən mövsüm Çempionlar Liqasının pley-off mərhələsinə qədər irəliləyən komandanın aparıcı üzvlərinin Azərbaycanı tərk edəcəyi gözlənilən idi.
Toral bayramov Türkiyə, Leandro Andrade Ukrayna, Kevin Medina Malayziya klubuna üz tutdu. İndi isə növbə Kamilo Durandadır.
Şotlandiyaya yollanan kolumbiyalı futbolçu ölkənin ən köklü və titullu iki klubundan biri – “Seltik”lə müqavilə bağlayacaq.
Vəziyyətin bu cür olması “Qarabağ” azarkeşlərinin narahatlığına səbəb olub. Böyük əksəriyyət aparıcı futbolçuların gedişi ilə “köhlən atlar”ın zəifləyəcəyini, beynəlxalq arenalarda əvvəlki nəticələri təkrarlamaqda çətinlik çəkəcəyini düşünür.
Narahatlığa gərək varmı?
Sportinfo.az-ın əməkdaşı Həbib Aslanov bu mövzuda fikirlərini səsləndirib.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
