ŞOK! Legioner müdafiəçimiz hava limanından geri qaytarıldı, Avropa klubu sərt qərar verdi

14:00 Bizimkilər 362
ŞOK! Legioner müdafiəçimiz hava limanından geri qaytarıldı, Avropa klubu sərt qərar verdi

Albaniya çempionu "Eqnatiya" Azərbaycan millisinin sabiq müdafiəçisi Zamiq Əliyevlə yollarını ayırıb.

Bu barədə futbolçumuza dünən axşam məlumat verilib.

Buna səbəb Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) çağırışı ilə futbolçunun ölkədən çıxışına qadağa qoyulmasıdır.

Zamiq Əliyev mövsüm başa çatdıqdan sonra istirahət üçün Azərbaycana qayıdıb.

Yay fasiləsindən sonra komandasının təlim-məşq toplanışına qatılmaq üçün ölkəni tərk etmək istəsə də, hava limanında ona çıxışına icazə verilməyib.

Nəticədə 23 yaşlı müdafiəçi nə "Eqnatiya"ya qoşula, nə də Avropa klublarından aldığı digər təklifləri dəyərləndirə bilib.

Yaranmış vəziyyəti nəzərə alan Albaniya çempionu futbolçu ilə müqaviləyə xitam verib.

"Qarabağ"ın yetirməsi olan Zamiq Əliyev 2024-cü ildən "Eqnatiya"nın formasını geyinirdi.

O, Albaniya klubunun heyətində 78 oyuna çıxıb, 2 qol vurub.

2 dəfə Albaniya çempionu olub.

Tərəflər arasında müqavilənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.

Mövcud vəziyyətdə futbolçunun hərbi xidmətə aparılacağı gözlənilir.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti