“Qarabağ” Avropa Liqasında mübarizəyə başlayır.
Təmsilçimizin bu axşamkı rəqibi İslandiya kubokunun son qalibi “Vestri”dir.
Avropa Liqasının 1-ci təsnifat mərhələsində baş tutacaq oyunda Tofiq Bəhramov adına Respublika stadionu dolmayacaq.
Təsnifat mərhələsinin önəmi, yay ayı, üstəgəl, rəqibin adı azarkeşlərin sayına təsirsiz ötüşməyib.
Əldə etdiyimiz bilgiyə görə, satışa çıxarılan biletlərdən təxminən 21 mini öz sahibini tapıb.
Tofiq Bəhramov adına Respublika stadionunun təxminən 30 min azarkeş tutumuna malik olduğunu nəzərə alsaq, bu, tribunaların 30 faizinin boş qalacağı deməkdir.
Bu axşam Respublika stadionunda gerçəkləşəcək “Qarabağ” – “Vestri” matçı saat 20:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

