Azərbaycanda iki klubun formasını geyinmiş müdafiəçi yeni “ünvan”da

9 İyul 07:30 Hadisə 1 519
Azərbaycanda iki klubun formasını geyinmiş müdafiəçi yeni “ünvan”da

Azərbaycanda iki klubun formasını geyinmiş Dmitri Klets komandasını dəyişib.

Sportinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi karyerasını öz ölkəsində davam etdirəcək.

Belə ki, o, yerli “Çernomorets” ilə anlaşıb.

“Keşlə” (indiki “Şamaxı”) və “Sabah”ın sabiq oyunçusu 2021-ci ildən formasını geyindiyi “Veres”i tərk edərək “Çernomorets”ə keçib. Klets yeni komandası ilə 1 illik müqavilə imzalayıb.

Dmitri Klets 2020-ci ildə “Keşlə”də, 2021-ci ildə isə “Sabah”da oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM