Bölgə klubunda rəhbər vəzifəyə yeni təyinat və müqavilə

9 İyul 02:20 Hadisə 941
Bölgə klubunda rəhbər vəzifəyə yeni təyinat və müqavilə

“İmişli” PFK skautinq departamentinin rəhbəri vəzifəsinə beynəlxalq təcrübəyə malik futbol funksioneri Rəsul Allahverdiyevi təyin edib.

Sportinfo.az xəbər verir ki, UEFA ASSIST proqramlarının məzunu olan Rəsul Allahverdiyev Azərbaycan, Ukrayna və Türkiyədə skautinq, futbol idarəçiliyi, oyunçu seçimi və inkişafı sahələrində uzunillik təcrübəyə sahibdir.

O, peşəkar fəaliyyəti dövründə müxtəlif klublarda skaut, idman direktoru, klub prezidenti və baş məsləhətçi kimi çalışıb.

“İmişli” PFK qapıçı məşqçisi Elşad Tahirovla da əməkdaşlığını davam etdirməyə qərar verib. Klub Tahirovla 1 illik yeni müqavilə bağlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 16:20 "Qəbələ"dən 5 yoxlama