Boluya 26 futbolçu apardılar - Aralarında Toral Bayramov da var

9 İyul 02:40 Bizimkilər 1 028
Boluya 26 futbolçu apardılar - Aralarında Toral Bayramov da var

Azərbaycan millisinin futbolçusu Toral Bayramovun yeni komandası “Bursaspor” qarşıdakı mövsümün hazırlığının ikinci mərhələsinə başlayıb.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komanda iyulun 15-dək hazırlıq keçmək üçün Boluya yollanıb.

Baş məşqçi Mustafa Er təlim-məşq toplanışının ikinci mərhələsinə 26 futbolçu aparıb.

Onlar arasında yeni transfer Toral Bayramov da var. Əvəzində mütəxəssis ilk hazırlıqda iştirak edən oyunçulardan 7 nəfəri Boluya aparmayıb.

“Bursaspor” toplanış çərçivəsində ilk yoxlama oyununu iyulun 9-da keçirməyi planlaşdırır. Lakin rəqibin kimliyi hələ bəlli deyil.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!
15 İyul 05:00 Paşam birinci yeri tutdu