Millimizin hücumameyilli yarımmüdafiəçisi II Bundesliqa klubunda - FOTO

17:20 Bizimkilər 143
Millimizin hücumameyilli yarımmüdafiəçisi II Bundesliqa klubunda - FOTO

“Herta” azərbaycanlı futbolçu Raul Süleymanovla peşəkar müqavilə bağlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə 16 yaşlı hücumameyilli yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşım edib.

Azərbaycanın U-21 millisinin üzvü Almaniyanın II Bundesliqa təmsilçisi ilə sözləşmə imzaladığı üçün qürur hissi keçirdiyini vurğulayıb:

“Etimada görə təşəkkür edirəm. “Herta” ilə ilk peşəkar müqaviləmi imzaladığım üçün qürur duyuram. Qarşıdakı dövrü səbirsizliklə gözləyirəm”.

Raul Süleymanov "Herta”nın gənclərdən ibarət komandasında çıxış edirdi.

Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti