"İmişli" heyətini gənc qapıçı Sadiq Məmmədzadə ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü olan qapıçı ilə 2 illik müqavilə imzalanıb.
Sadiq peşəkar futbol karyerasına "Səbail"də başlayıb və 7 il bu klubun formasını geyinib. Daha sonra "Qarabağ"ın əsas komandasına qoşulan qapıçı, ötən mövsümü icarə əsasında "Difai"də keçirib.
"İmişli" daha öncə Fərid Nəbiyev və Bəxtiyar Həsənalızadənin transferini də açıqlayıb.

