“Qaradağ-Lökbatan”da baş məşqçi dəyişikliyi yaşanıb.
Rəhbərlik Qəzənfər Abbasovla yolları ayırmaq qərarına gəlib.
Səbəb məlumdur.
Lökbatan təmsilçisinin qarşısında II Liqadan I Liqaya yüksəlmək tapşırığı dayanırdı.
Lakin həlledici matçda I Liqa təmsilçisi “Şimal” Şamaxıda baş tutan pley-off görüşündə “Qaradağ-Lökbatan”ı 2:1 hesabı ilə məğlub etmişdi.
Hələlik Qəzənfər Abbasovun yerinə kimin təyin olunacağı bilinmir.
Bir neçə baş məşqçi ilə danışıq aparılır.
HƏBİB / SPORTİNFO.AZ

