AFFA bir neçə komandanı bu liqadan kənarlaşdırır - SON DƏQİQƏ

14:40 II Divizion 484
AFFA bir neçə komandanı bu liqadan kənarlaşdırır - SON DƏQİQƏ

II Liqanın tərkibində dəyişiklik gözlənilir.

Saytımız bu barədə AFFA-dan məlumat əldə edib.

Federasiyadan redaksiyamıza daxil olan informasiyaya görə, gələn mövsümün iştirakçıları arsında yeni adlar görə bilərik.

Bu da son sezonda mübarizə aparmış bəzi klubların yenicə tətbiqinə başlanılan lisenziyalaşdırma şərtlərinə cavab verməməsidir.

İstər qurumun özü, istərsə də yarışın təşkilatçısı olan Peşəkar Futbol Liqası dəfələrlə rəsmi sorğu göndərsə və xəbərdarlıq etsə də, onlar tələbləri yerinə yetirməyib.

Odur ki, bu komandalara lisenziyaların verilməsi dayandırılacaq və çempionatdan xaric olunacaq. Əvəzində isə Region Liqasından 1, yaxud 2 iştirakçı II Liqaya cəlb ediləcək.

«Marafon» və «Biləsuvar» bu sırada birincidir.

Region Liqasında üçüncü yeri tutmuş cənub bölgəsinin təmsilçisinin II Liqaya vəsiqə uğrunda pley-off matçında «Ağstafa Gəncləri»nə 0:3 hesabıyla uduzmasını xatırladaq.

Region Liqasının son qalibi «Zəngəzur» olub. Qərbi Azərbaycan əyalətinə bağlı debütant finalda «Marafon»u 2:1 üstələyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti