“Qarabağ” Avropa Liqasının birinci təsnifat mərhələsində “Vestri” ilə oyunlar üçün iştirak ərizəsini təqdim edib.
Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Joni Montiel, Jeremi Qnali və qapıçı Martin Zlomisliçi siyahıya daxil etməyib.
Onların heyətə daxil edilməməsinə səbəb isə legioner limitidir. UEFA-nın qaydalarına görə, bir klub maksimum 17 əcnəbi oyunçunun adını iştirak ərizəsinə daxil edə bilər.
İslandiya təmsilçisi ilə qarşılaşmaları kənardan izləyəcək 3 nəfərdən biri olan Jeremi Qnalinin tezliklə düşərgədən getməsi gözlənilir. Baş məşqçi bu ilin fevralında AEK-dən (Larnaka) alınmış fransalıdan narazıdır.
Sol cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb. Fransada “Mets”in yetirməsi olan arxa xətt oyunçusu karyerası ərzində İspaniyada “Tarazona” və “Melilya”nın da formasını geyinib.
Kipr klubuna 2024-cü ilin avqustunda transfer olunan Jeremi Qnali burada keçirdiyi 60 oyunda 7 assistlə yadda qalıb. Fəqət, o, Azərbaycanda özünü göstərə bilmir.
Gəldiyi vaxtdan bəri əsas heyətdə möhkəmlənməyi bacarmayan fransızın icarəyə verilməsi gündəmdədir. Bir neçə potensial müştərisi var artıq. Həm Premyer Liqadan, həm də xaricdən.
SPORTİNFO.AZ

