"Avropa çempionatında məqsəd yer aldığımız qrupdan çıxmaqdır" - Yığmanın kapitanı

9 İyul 08:00 Voleybol 946
"Avropa çempionatında məqsəd yer aldığımız qrupdan çıxmaqdır" - Yığmanın kapitanı

Azərbaycanın qadınlardan ibarət voleybol millisinin məqsədi Avropa çempionatında yer aldığı qrupdan çıxmaqdır.

Sportinfo.az xəbər verir ki, bunu yığmanın kapitanı Ayşən Abduləzimova deyib.

O, Avropa çempionatına hazırlıqla bağlı danışıb:

"Avqustun 21-də voleybol bayramı olacaq. Avropa çempionatı Azərbaycanda ikinci dəfə keçiriləcək.

Məqsəd yer aldığımız qrupdan çıxmaqdır. Polina Rəhimovanın da heyətə qoşulması gücümüzə əlavə güc qatacaq".

Azərbaycan C qrupuna ev sahibliyi edəcək. Bu qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milliləri yer alıblar. Bakıdakı qarşılaşmalar avqustun 21-28-də Milli Gimnastika Arenasında keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!