Azərbaycan yığmasının sabiq hücumçusu Orta Asiya klubunda

9 İyul 08:50 Bizimkilər 1 045
Azərbaycan yığmasının sabiq hücumçusu Orta Asiya klubunda

Daha bir azərbaycanlı futbolçu Qırğızıstanda çıxış edəcək.

Sportinfo.az xəbər verir ki, "Kəpəz"dən ayrılan Camal Cəfərov “Alay”a keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycanın U-21 millisinin sabiq üzvü Rusiyada"Anji"nin yetirməsidir. 23 yaşlı hücumçu "Sabah"da da çıxış edib.

Qırğızıstanda daha dörd azərbaycanlı futbolçu çıxış edir: Orxan Əliyev, Ramin Əhmədov, İldar Ələkbərov və Səbail Bağırov. Onların hər biri "Ozgon" klubunün üzvüdür.

Digər Xəbərlər
Xəbər Lenti