“Mən hamının adından danışa bilmərəm, öz adımdan deyə bilərəm ki…”

8 İyun 23:40 Qarabağ 183
“Mən hamının adından danışa bilmərəm, öz adımdan deyə bilərəm ki…”

“Mən hamının adından danışa bilmərəm, öz adımdan deyə bilərəm ki, “Qəbələ”nin şərəfini qorumaq mənim üçün xoşdur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında qanalı mərkəz müdafiəçisi İsaak Amoah deyib.

Ötən ilin yayında “Qəbələ” ilə 1+1 illik müqavilə imzalamış legioner “buradakı gələcəyini necə görürsən” sualına cavabında aşağıdakıları söyləyib:

“Klubun gələcəklə bağlı planlarından xəbərim yoxdur. Yəqin ki, klub rəhbərliyi müqavilələrlə bağlı qərar verəcək.

Bilmək olmaz, bəlkə də dəyişikliklərə əl atacaqlar. Gözləyək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
8 İyun 07:00 Günün hava proqnozu