“Elvin Cəfərquliyevi transfer etməyimizlə bağlı xəbərlər doğru deyil”

7 İyun 19:25 Qarabağ 2 790
“Elvin Cəfərquliyevi transfer etməyimizlə bağlı xəbərlər doğru deyil”

“Panatinaikos"un idman direktoru Stefanos Kotsolis açıqlama verib.

futbolinfo.az-a danışan Afina təmsilçisinin rəsmisi Azərbaycan yığmasının və “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevlə maraqlandıqlarına dair xəbərlərə aydınlıq gətirib.

O, futbolçuya rəsmi təklif göndəriklərini təkzib etsə də, Elvini tanıdığını bildirib:

“Bəli, Elvin Cəfərquliyevi tanıyırıq. Yaxşı futbolçu olduğunu bilirik. Amma onu transfer etməyimizlə bağlı xəbərlər doğru deyil”.

Stefanos Kotsolisin açıqlaması təzadlı görünür.

Yunanıstan klubunun rəsmisi Elvini tanıyırsa, bunu hansısa maraqlar səbəbindən edib. Görünən odur ki, yunanların Elvinə maraq göstərməsi doğrudur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyul 18:10 Çək və bizə göndər!