“Qarabağ” sevgisi Braziliyada küçəni “bəzədi” - FOTO

7 İyun 13:35 Qarabağ 1 213
“Qarabağ” sevgisi Braziliyada küçəni “bəzədi” - FOTO

“Qarabağ”ın braziliyalı legioneri Mateus Silva sosial şəbəkə hesabında etdiyi paylaşımla diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, sağ cinah müdafiəçi Braziliyada çəkilmiş fotonu izləyiciləri ilə bölüşüb.

“Mükəmməl işinə və səmimi dostluğuna görə təşəkkür edirəm. Hər kəs arxasında sənin qoyduğun qədər gözəl iz buraxa bilmir. Allah səni qorusun və xeyir-dua versin, dostum!”, - o yazıb.

Paylaşımda maraq doğuran əsas məqam isə fotonun fonunda “Qarabağ”ın loqosunun yer alması olub. Braziliyada çəkilən şəkildə Ağdam təmsilçisinin loqosunun görünməsi diqqətdən yayınmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Oktyabr 18:10 Çək və bizə göndər!
7 Oktyabr 10:00 Messi də getdi… FOTOLAR