“Qarabağ” bu legioneri ilə müqavilənin müddətini uzatdı

09:00 Qarabağ 272
“Qarabağ” bu legioneri ilə müqavilənin müddətini uzatdı

“Qarabağ” braziliyalı yarımmüdafiəçisi Pedro Bikalyo ilə müqavilənin müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə 25 yaşlı futbolçunun çalışdığı agentlik məlumat yayıb.

Sözügedən agentlik sosial şəbəkə hesablarında bunları qeyd edib:

“Yarımmüdafiəçi Pedro Bikalyonun “Qarabağ”la müqaviləsini yenilədik. Komandanın ən görkəmli oyunçularından biri olan Bikalyo,xüsusilə 2025/2026 Çempionlar Liqası mövsümündə Azərbaycan klubu üçün yüksək səviyyəli oyunlar nümayiş etdirib. Bu yeni fəsildə sizə uğurlar!”

Pedro Bikalyo ötən ilin yayında qoşulduğu “Qarabağ”la 3+1 illik müqavilə imzalamışdı. O, Ağdam klubunda 50 oyuna 1 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 İyun 16:40 Öz uşaqlarımız...