“Qarabağ” onu yola salmaq üçün danışıq aparır - FOTO

22:20 Qarabağ 402
“Qarabağ” onu yola salmaq üçün danışıq aparır - FOTO

Başa çatan mövsümdə çempionluğu və ölkə kubokunu “Sabah”a uduzan “Qarabağ”da köklü dəyişikliklər qaçılmazdır.

“Köhlən atlar” Sami Mmaee, Emmanuel Addai, Ramil Şeydayev və Toral Bayramovla yollarını ayırdığını rəsmən açıqlayıb.

Daxili intizam qaydalarını pozduqları üçün əsas komandadan uzaqlaşdırılan Elvin Cəfərquliyevlə Abbas Hüseynovun da “Qarabağ”da qalmayacaqları böyük ölçüdə dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, Fabyan Buntiç də Ağdam təmsilçisini tərk edəcək.

Son iki mövsümü burada keçirən xorvatiyalı qapıçının klubla daha 1 illik müqaviləsi qüvvədə olsa da, baş məşqçi Qurban Qurbanov Buntiçin yola salınmasını tapşırıb.

Hazırda 29 yaşlı futbolçu ilə yolların qarşılıqlı razılıq əsasında ayrılması yönündə danışıqlar gedir.

Bu, bir halda mümkün ola bilər. Fabyana növbəti 1 illik sözləşmənin müəyyən qismində təzminat ödənilsə. Qapıçının istədiyi də budur.

Fabyan Buntiç ötən mövsüm “köhlən atlar”ın heyətində meydana çıxdığı 7 oyunda qapısından 7 top buraxıb.

O, 2024-cü ildən formasını geyindiyi “Qarabağ”da bütün turnirlərdə cəmi 22 dəfə şans qazanıb və rəqib futbolçular qapısından 24 top keçirib.

HƏBİB / SPORTİNFO.AZ

"Bilmirəm, nə söz tapım deyim" - Fabian Buntiç

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti