“Qarabağ”da gözlənilməz ayrılıq yaşana bilər. - SON DƏQİQƏ

19:40 Qarabağ 445
“Qarabağ”da gözlənilməz ayrılıq yaşana bilər. - SON DƏQİQƏ

Sportinfo.az xəbər verir ki, Kevin Medinanın növbəti mövsümə başqa ölkədə başlaması kifayət qədər realdır.

Bunu kolumbiyalı futbolçunun özü istəyir.

Səbəb baş məşqçi Qurban Qurbanova da məlumdur.

2020-ci ildən “köhlən atlar”ın formasını geyinən 33 yaşlı futbolçu mühiti dəyişmək, başqa ölkədə yaşamaq həvəsinə düşüb.

Burada maddi şərtlər də vacib rol oynayır. Karyerasının qürub çağında daha çox qazanmaq arzusundadır.

Kevinin 4 dəfə Azərbaycan çempionu adını qazanması Avropanın üç turnirinin hər birinin qrup mərhələsində təcrübə toplaması, ötən mövsüm Çempionlar Liqasının pley-off mərhələsinə qədər irəliləyən komandanın aparıcı fiqurlarından biri olması ona olan marağı artırıb.

Medina ABŞ və Portuqaliya daxil bir neçə ölkənin klublarından ciddi təkliflər alıb.

Medina 6 illik Azərbaycan kareyrasını başa vurmaq istədiyini “Qarabağ” rəsmilərinə bildirib. Əvvəlki dönəmlərdə xaricdən gələn təkliflərə isti yanaşmırdısa, indi bu fikirdən daşınıb.

Komandada qalmayacağı böyük ölçüdə məlumdur. Kevinlə “Qarabağ” komandanı tərk etməklə bağlı ortaq məxrəcə gəlməli, ağdamlılar onun yerinə oyunçu tapmalıdır.

Çünki klubla müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatır.

O, “Qarabağ”ın heyətində 204 oyunun iştirakçısı olmaqla 6 qol vurub, 7 məhsuldar ötürmə verib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti