”Qarabağ” Martin Zlomisliç ilə bağladığı müqavilənin müddəti məlum olub.
Ağdam təmsilçisi “Riyeka”dan heyətinə cəlb etdiyi qapıçıyla 3 illik anlaşıb.
O, 2029-cu ilədək ”köhlən atlar”a məxsus olacaq.
“Qarabağ”ın bosniyalı qolkiper üçün Xorvatiya klubuna 500 min avro (təqribən 987 min manat) ödəyəcəyi bildirilir.
Zlomisliç Bosniya və Herseqovina millisinin üzvüdür və dünya çempionatı üçün heyətdə yer alıb.
O, 2021-ci ildən "Riyeka"da çıxış edir. 2017-2021-ci illərdə isə ölkəsində "Şiroki Brieq"də oynayıb.
Premyer Liqamızın vitse-çempionu balkanlı kiperin transferini artıq razılaşdırılıb. Səbəbkar ən yaxın tarixdə Azərbaycana təşrif buyuracaq.
27 yaşlı balkanlı ilə uzunmüddətli anlaşma nəzərdə tutulub. Ona Avropanın bir neçə ölkəsindən təklif gəlsə də, «Qarabağ»a üstünlük verib. Sırf avrokubokların qrup mərhələsində çıxış etmək arzusuyla.
«Köhlən atlar» ötən günlərdə 2 legioner çalışması həyata keçirib. İkisi də Kiprdən.
Qabonlu hücumçu Zakaria Savo ("Aris") və Jali Muaddib (“Omoniya” Aradippou) ilə münasibətlər rəsmiləşdirilib.
SPORTİNFO.AZ

