Qurban Qurbanov Ağdama getdi, onun məzarını ziyarət etdi - FOTO

6 İyun 00:30 Qarabağ 394
Qurban Qurbanov Ağdama getdi, onun məzarını ziyarət etdi - FOTO

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mövsümün başa çatmasından sonra yaranan fasilədən istifadə edərək Ağdama səfər edib.

Sportinfo.az xəbər verir ki, səfər çərçivəsində baş məşqçi Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarını ziyarət edib, onun əziz xatirəsini ehtiramla yad edib.

Qurban Qurbanov ziyarət zamanı “Qarabağ"ın UEFA Çempionlar Liqasındakı çıxışını simvolizə edən top və şərfi Milli Qəhrəmanın xatirəsinə ithaf olaraq məzarı üzərinə qoyub.

Allahverdi Bağırov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda göstərdiyi şücaətlə yanaşı, “Qarabağ” Futbol Klubunun tarixində də xüsusi yer tutur.

O, klubun fəaliyyət göstərdiyi ən çətin dövrlərdə komandanın yanında olub, Ağdam futbolunun yaşadılması və inkişafı üçün mühüm xidmətlər göstərib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyul 18:10 Çək və bizə göndər!