Avropada tarix yazan "Qarabağ" üçün daxili yarışlar uğursuzluqla yadda qaldı.
Kollektiv nə ölkə çempionu ola bildi, nə də ölkə kubokun qalibi.
Əsas səbəblərdən biri ehtiyat qüvvənin yetəri qədər əsas heyəti əvəzləyə bilməməsi oldu.
Belədə mövsümün sonu kütləvi ayrılıq yaşanacağı ehtimal olunurdu.
Mövsüm bitər-bitməz Ramil Şeydayev və Emmanuel Addai ilə yollar ayrıldı.
Ardınca Toral Bayramov "Bursaspor"a üz tutdu.
Daha əvvəl Sami Mmaeyə qapı göstərilmişdi.
Davamı gəlmədi.
Siyahı bunlarla bitirmi?
Təbii ki, yox.
Getməli olanların siyahısında 10-a yaxın oyunçu var.
Məsələn, qapıçı Fabian Buntiç, Aleksey Kaşuk, əvəzedici komandaya göndərilmiş Elvin Cəfərquliyev, Abbas Hüseynov kimi.
Lakin Ağdam klubu müxtəlif səbəblərdən bu oyunçulardan canını qurtara bilmir.
Birinə təklif yoxdur, biri ayrılmaq barədə düşünmür.
Bu vəziyyət klubu da çətin duruma salır.
Yeni transferlərlə bağlı narahatlıq yaradır.
Əlavə maliyyə yükünə yol açır.
Deyək ki, Cəfərquliyev özünə klub tapa bilmədi və ya ona görə tələb olunan təzminat məbləğini ödəyəcək klub olmadı.
"Köhlən atlar" məcburdur əsas komandada xidmətindən istifadə etməyəcəyi müdafiəçi üçün 1 il yüksək maaş ödəməyə.
Bir işə.yaramayan Kaşuk, Buntiçlə bağlı vəziyyət də bənzərdir.
Oxşar situasiya gedişi planlaşdırılan başqa oyunçularla bağlı da yaşana bilər.
Kim bilir, bəlkə də yeni transferlərin gecikmə səbəblərindən biri də budur.
XANOĞLAN / SPORTİNFO.AZ

