“Qarabağ”ın yayın üçüncü transferini bitirdi - SON DƏQİQƏ

13:00 Qarabağ 382
“Qarabağ”ın yayın üçüncü transferini bitirdi - SON DƏQİQƏ

“Qarabağ” heyətini yeni qapıçı ilə gücləndirməyə yaxındır.

Ağdam təmsilçisi “Riyeka”dan Martin Zlomisliçi heyətinə cəlb edəcək.

Bu barədə məlumatı “Germanijak” nəşri yayıb.

“Qarabağ”ın bosniyalı qolkiper üçün Xorvatiya klubuna 500 min avro (təqribən 987 min manat) ödəyəcəyi bildirilib.

Tərəflərin onun keçidi üçün bir çox məsələlərdə razılaşdığı vurğulanıb.

Zlomisliç Bosniya və Herseqovina millisinin üzvüdür və dünya çempionatı üçün heyətdə yer alıb.

O, 2021-ci ildən "Riyeka"da çıxış edir. 2017-2021-ci illərdə isə ölkəsində "Şiroki Brieq"də oynayıb.

Bu məlumat doğrudur. Saytımızın araşdırmasına görə, Premyer Liqanın vitse-çempionu balkanlı kiperin transferini artıq razılaşdırılıb. Səbəbkar ən yaxın tarixdə Azərbaycana təşrif buyuracaq.

27 yaşlı balkanlı ilə uzunmüddətli anlaşma nəzərdə tutulub. Ona Avropanın bir neçə ölkəsindən təklif gəlsə də, «Qarabağ»a üstünlük verib. Sırf avrokubokların qrup mərhələsində çıxış etmək arzusuyla.

«Köhlən atlar» ötən günlərdə 2 legioner çalışması həyata keçirib. İkisi də Kiprdən.

Qabonlu hücumçu Zakaria Savo ("Aris") və Jali Muaddib (“Omoniya” Aradippou) ilə münasibətlər rəsmiləşdirilib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti