“Hazırda “Qarabağ”dayam, transfer bazarında nəsə baş verə bilər, bu, məni narahat etmir”

4 İyun 20:20 Qarabağ 527
“Hazırda “Qarabağ”dayam, transfer bazarında nəsə baş verə bilər, bu, məni narahat etmir”

"Qarabağ"ın legioneri Marko Yankoviç gələcəyi ilə bağlı sualı cavablandırıb.

Sportinfo.az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi ölkəsinin “Vijesti.me” portalına açıqlamasında "Qarabağ"la 1 illik müqaviləsinin qaldığını xatırladıb:

“Klubdakı gələcəyimlə bağlı hələlik heç nə dəyişməyib. Müqaviləmin bitməsinə bir il qalıb. Hazırda “Qarabağ”dayam.

Transfer bazarında nəsə baş verə bilər, amma bu məni narahat etmir. Slovakiya ilə qarşıdakı yoldaşlıq oyununda yaxşı oynamağa diqqət yetirəcəm.

Sonra istirahət edəcəyəm və bundan sonra necə olacağını görəcəyik”.

2022-ci ildən “Qarabağ”da çıxış edən 30 yaşlı futbolçunun klubla 2027-ci ilin iyununa qədər müqqaviləsi var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!
15 İyul 05:00 Paşam birinci yeri tutdu