Fabiyan Buntiç 2024-cü ilin yayından bərt sıralarında olduğu "Qarabağ"ı tərk etməyə hazırlaşmır.
Almaniay pasportuna malik qapıçı yeni mövsümü də ölkəmizdə keçirəcək.
Bir sözlə, 29 yaşlı qolkiper üç illik müqaviləyə sadiqdir. O, artıq menecerləri bu barədə məlumatlandırıb.
Xorvatiya kökənli qapıçı onunla maraqlanan klubların diqqətinə çatdırıb ki, 2027-ci ilin yayına qədər «Qarabağ»da çıxış edəcək.
Bir ildən çoxdur əsas heyətdə yerini itirməsinə baxmayaraq, rəqabətdən çəkinmədiyini, yenə «1 nömrə» olmağa ümidini itirmədiyini söyləyib. Qeyd eləyib ki, baş məşqçi Qurban Qurbanov və rəhbərlik də ayrılığın əleyhinədir.
Buntiçin son klubu 2022-ci ilədək şərəfini qoruduğu Portuqaliya təmsilçisi “Vizela” olub. O, bunadək karyerasına başladığı “İnqolştadt”da (Almaniya) forma geyinib.
Xorvatiyanın U-18 və U-19 milli komandalarında da oynayıb.
SPORTİNFO.AZ


