“Qarabağ”ın futbolçusu Barselonaya uçdu - FOTOLAR

19:00 Qarabağ 216
“Qarabağ”ın futbolçusu Barselonaya uçdu - FOTOLAR

“Qarabağ”ın məşqçi və futbolçu heyəti Premyer Liqada yaranmış fasilədən maksimum yararlanmağa çalışıb.

Aylardır sıx qrafikdə çalışan komanda üzvləri milli komandaların oyunları ilə bağlı ələ düşən 4 günlük istirahət fürsətini boşa verməyib.

Baş məşqçi Qurban Qurbanov İstanbula yollanıb, Dani Bolt Tiflisə üz tutub, Aleksey Kaşuk isə...

Ukraynalı futbolçu işini əvvəldən bərk tutub.

Martda fasilənin yaranacağını bildiyindən, Barselonaya bilet alıb.

Sevgilisi ilə İspaniyaya uçan yarımmüdafiəçi şəhərin tarixi və görməli yerlərini gəzib, “Nou Kamp”dakı qarşılaşmanı canlı izləyib.

Martın 22-də La Liqa çərçivəsində gerçəkləşən “Barselona” – “Rayo Vallekano” oyunu zamanı Aleksey Kaşuk da tribunadakı yerini tutub.

O, səfər zamanı çəkilən şəkilləri “instagram” izləyicilərinə təqdim edib.

Maraq üçün bildirək ki, martın 20-də “Kəpəz”ə məğlubiyyətdən sonra (0:1) “Qarabağ”ın üzvlərinə martın 24-nə qədər dincəlmək imkanı yaradılıb.

Martın 25-dən etibarən məşqlər bərpa olunub.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti