Avropanın tanınmış klubu bu hücumçu üçün “Qarabağ”a 12 milyon ödəyəcək?

13:35 Qarabağ 590
Avropanın tanınmış klubu bu hücumçu üçün “Qarabağ”a 12 milyon ödəyəcək?

Çempionlar Liqasında əla çıxış etməsi “Qarabağ”ın oyunçularına marağı artırıb.

Xüsusilə qolçuluq bacarığını göstərən Kamilo Duran diqqət mərkəzinə düşüb.

Sportinfo.az xəbər verir ki, bir neçə klubun transfer hədəfində olan 24 yaşlı kolumbiyalının indi də La Liqaya yollanmaq ehtimalı yaranıb.

Sosial şəbəkələrdəki xəbər qaynaqlarında Duranın “Jirona”ya yollanmaq variantından bəhs edilir. Klublardan bu barədə hər hansı açıqlama yoxdur, fərqli mənbələr isə eyni məlumatı paylaşır.

Yazılanlara inansaq, “Jirona” yayda ağdamlıların qapısını döyəcək. İspaniya təmsilçisi Kamilo üçün 12 milyon avro xərcələməyin əleyhinə deyil.

“Qarabağ” Duranı ötən yay Portuqaliya təmsilçisi “Portimonense”dən transfer edib. Kolumbiyalının 2028-ci ilin iyununadək müqaviləsi var.

изображение 2026 03 28 105700196 - Futbolinfo.az

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti